Coğrafiya İnstitutunda dissertasiya işinin müzakirəsinə həsr olunmuş elmi seminar keçirilib Okt 12, 2026 | 09:10 / ELMİ İCLASLAR

2026-cı il oktyabrın 9-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunda Bakı Dövlət Universitetinin “Hidrometeorologiya” kafedrasının dissertantı Aytən Məhərrəmovanın 5406.01 – Hidrologiya ixtisası üzrə “Azərbaycan ərazisində leysanların şiddətliliyinin məkan-zaman qanunauyğunluqlarının tədqiqi” mövzusunda dissertasiya işinin müzakirəsinə həsr olunmuş elmi seminar keçirilib.

Seminarda dissertant tədqiqat işinin əsas istiqamətləri, istifadə olunan metodoloji yanaşmalar, əldə edilmiş nəticələr və dissertasiyanın elmi-praktiki əhəmiyyəti barədə təqdimatla çıxış edib.

Daha sonra dissertasiya işinə dair hazırlanmış elmi rəylər oxunub. Rəylərdə tədqiqat mövzusunun aktuallığı, aparılmış araşdırmaların elmi əhəmiyyəti və əldə edilmiş nəticələr qiymətləndirilib, eyni zamanda işin təkmilləşdirilməsi ilə bağlı müvafiq irad və tövsiyələr diqqətə çatdırılıb.

Seminar iştirakçıları dissertasiya işinin müxtəlif aspektləri ilə bağlı suallar ünvanlayıb, elmi müzakirələr aparıb və tədqiqatın gələcək inkişaf istiqamətləri barədə fikir və təkliflərini bölüşüblər.

Müzakirələrin yekununda dissertasiya işinin elmi səviyyəsi və aktuallığı qeyd olunub, tədqiqatın növbəti mərhələyə təqdim edilməsi məqsədəuyğun hesab edilib.