Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunda Rumıniyanın Valahia Universitetinin nümayəndəsi ilə görüş keçirilib.
Görüşdə Azərbaycan və Rumıniya arasında elmi-akademik əlaqələrin genişləndirilməsi, elmi təcrübə mübadiləsinin təşviqi və iki qurum arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Tərəflər elmi tədqiqatlar sahəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin, akademik təcrübənin paylaşılmasının və birgə təşəbbüslərin həyata keçirilməsi üçün yeni imkanların yaradılmasının əhəmiyyətini vurğulayıblar.
Görüş beynəlxalq akademik əməkdaşlığın inkişafı və elmi əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyət daşıyıb.
Qeyd edilib ki, imzalanması nəzərəd tutulan memorandum iki elmi qurum arasında tərəfdaşlığın inkişafı və beynəlxalq akademik əlaqələrin genişləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.