AR ETN Coğrafiya İnstitutu“Torpaqların suvarılması və meliorasiyası” laboratoriyasının əməkdaşları a.e.d. N.Orucova, a.e.ü.f.d. Z.Vəliyeva, a.e.ü.f.d. E.Əhmədzadə, a.e.ü.f.d. Ş.Məmmədova “Şirvan düzündə suvarılan torpaqların meliorativ vəziyyətinin qiymətləndirilməsinin və su ehtiyyatlarından səmərəli istifadə yolları” mövzusunun “Şirvan düzünün istifadəçilikdən asılı olaraq torpaqların aqrofiziki xassələrinin tədqiqi” mərhələsinin çöl tədqiqat işlərini yerinə yetirmək məqsədilə 05-09 oktyabr tarixlərində Zərdab rayonunda ekspedisiyada olublar.
Şirvan düzü ərazisinin torpaqları kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün əlverişli torpaq-ekoloji şəraitilə səciyyələnir. Torpaqların istifadəçiliyindən asılı olaraq aqrofiziki xassələrinin öyrənilməsi qarşıya məqsəd qoyulmuşdur. Bu baxımdan, torpaq kəsimləri qoyulmuş çöl şəraitində morfoloji xüsusiyyətləri genetik qatlar üzrə öyrənilmiş, suhopdurma, susızdırma qabiliyyəti tədqiq edilmiş, laboratoriya şəraitində tədqiqatın davam etdirilməsi üçün torpaq nümunələri götürülmüşdür.
Ekspedisiya müddətində Coğrafiya İnstitutunun əməkdaşları tərəfindən taxıl, pambıq və yonca sahələrində torpaq tədqiqatları aparılmışdır. Elmi araşdırmalar aparmaq məqsədilə çöl şəraitində, torpağın sıxlığı, təbii nəmliyi, suhopdurma qabiliyyəti tədqiq edilmiş və digər fiziki-kimyəvi xassələrini öyrənmək üçün torpaq nümunələri götürülmüşdür.