EŞ ilə ES iclası Fev 27, 2015 | 10:02 / ELMİ İCLASLAR

İnstitutun Elmi Şurası ilə Elmi Seminarının fevralın 25-də  keçən iclasında Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun sədrliyi ilə görkəmli ictimai xadim, akademik Budaq Budaqovun anadan olmasının 87-ci ildönümü qeyd edildi.

Ramiz Məmmədov B.Budaqovu təkcə Azərbaycanda deyil, beynəlxalq aləmdə tanınmış görkəmli alim olduğunu bildirərək, onu Azərbaycan coğrafiya elminin magikanı adlandırdı, elmə gətirdiyi bir sıra yenilik və uğurların bilavasitə onun adı ilə bağlı olduğunu qeyd etdi.   

İnstitutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə alimin elmi fəaliyyəti haqqındakı məruzəsində Azərbaycan coğrafiya elminin canlı ensiklopediyası, Azərbaycanda geomorfologiya və landşaftşünaslıq elminin banisi, akademik Budaq Budaqovun Azərbaycan Coğrafiya elminin inkişafına böyük töhfələr verməsindən söhbət açdı. Onun  özündən sonra böyük elmi məktəblər qoyub getməşindən, məhz onun yaratdığı feomorfoloqlar, ekocoğrafiyaçılar və  landşagtşünaslar məktəblərinin nəinki respublikada, keçmiş SSRİ məkanında  çox yaxşı tanınmasından, selşünaslıq, sürüşmə, buzlaqların öyrənilməsi sahəsindəki tədqiqatların geomorfologiyanın inkişafina böyük təkan verdiyindən danışdı.   Azərbaycanın coğrafi adlarının - toponimlərinin öyrənilməsinin alimin  ən böyük xidmətlərindən biri olduğunu dilə gətirən E.Əlizadə onun təkcə Güney Azərbaycanında deyil,  həm də qərbi Azərbaycan – Ermənistan, Gürcüstan ərazisi, Qazaxıstan,  orta Asiya, Mərkəzi Asiyada olan türk mənşəli adları işləyərək, geniş oxucu kütləsinə çatdırdığını qeyd etdi.

Akademik R.Məmmədovun təklifi ilə E.Əlizadə korifey coğrafiyaşünas alim Budaq Budaqov haqqında monoqrafiya yazmağı öz üzərinə götürdü.

Sonra iclas iştirakçıları Xəzər dənizi problemləri şöbəsinin elmi işçisi İbrahimova Bibibxanımı 60 yaşı tamam olması ilə əlaqədar və partiyanın ictimai-siyasi həyatında fəal iştirakına, eləcə də  YAP Yasamal rayon təşkilatının 22-ci  ildönümü münasibətilə Fəxri Fərmanla təltif olunmasına görə onu təbrik etdilər.  

İclasda digər məsələlərə də baxıldı.