R.Məmmədovun müraciətinə cavab Mart 06, 2015 | 11:03 / MÜHÜM HADİSƏLƏR

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun  prezidenti olduğu Rusiya Coğrafiya Cəmiyyətindən Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik  Ramiz Məmmədovun müraciətinə cavab məktubu gəlmişdir.

Məktubda deyilir: 

"Hörmətli Ramiz Mahmud oğlu! 

Mənim tərəfimdən Rusiya Coğrafiya Cəmiyyətinin prezidenti S.K.Şoyqunun göstərişi ilə Avropa və Asiya sərhədinin aktuallaşmasına dair  rus-Azərbaycan ekspedisiyasının təşkili və keçirilməsinə köməklik göstərmək haqqındakı  müraciətinizə baxılmışdır.

Sözsüz ki, Sizin təklifiniz  böyük maraq doğurur və mən şadam bildirim ki, Rusiya Coğrafiya Cəmiyyəti  Sizin Azərbaycan Respulikası və Qafqaz daxilində ekspedisiyanın keçirilməsi haqqındakı təklifinizi dəstəkləyir.

Biz həmin ekspedisiyanı Rusiya Coğrafiya Cəmiyyətinin "Avrasiyanın çöllər aləmi”  layihəsi üzrə tədbirlər sırasına daxil etməyi təklif edirik.

Bu layihənin Rusiya tərəfindən həyata keçirilməsi Cəmiyyətin vitse-prezidenti A.A.Çibilyova həvalə olunub.

Bizim gələcək uğurlu və məhsuldar əməkdaşlığımıza ümid bəsləyirəm.

   

Rusiya Coğrafiya Cəmiyətinin

 Birinci vitse-prezidenti, akademik                                                 N.S.Kasimov