13–16 noyabr 2026-cı il tarixlərində Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransında (COP31) Coğrafiya İnstitutunun direktoru, c.e.d. Zaur İmrani iştirak edib. Dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, elmi-tədqiqat müəssisələrinin, ekoloji qurumların və özəl sektor təmsilçilərinin iştirak etdiyi mötəbər beynəlxalq platformada Azərbaycan tərəfi geniş proqramla təmsil olunur.
Azərbaycanın milli pavilyonu “Dialoq dəhlizi” (Corridor of Dialogue) konsepsiyası əsasında təşkil edilib. Tədbirlərin əsas istiqamətlərini Xəzər dənizinin ekoloji vəziyyəti, iqlim dəyişmələri, su ehtiyatlarının idarə olunması, bərpaolunan enerji, dayanıqlı şəhərsalma, biomüxtəlifliyin qorunması və iqlim risklərinin azaldılması təşkil edir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın COP31 çərçivəsində keçirdiyi görüşlərdə Xəzər dənizinin ekoloji vəziyyəti, biomüxtəlifliyin qorunması, nadir heyvan növlərinin mühafizəsi və beynəlxalq ekoloji təşkilatlarla əməkdaşlıq məsələləri müzakirə edilib. Azərbaycan pavilyonunda keçirilən tədbirlər elmi tədqiqatların, müasir texnologiyaların və regional əməkdaşlığın iqlim dəyişmələrinə qarşı mübarizədə roluna həsr olunub. Bununla belə, müasir coğrafiya elminin rəqəmsallaşması, coğrafi informasiya sistemlərinin inkişafı, məsafədən zondlama texnologiyalarının tətbiqi və təbii təhlükələrin modelləşdirilməsi baxımından mühüm elmi əhəmiyyət kəsb edən dialoqlarda, pavilyonda yer almışdır.
COP31 çərçivəsində müzakirə olunan məsələlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun elmi-tədqiqat istiqamətləri ilə sıx bağlı olduğu üçün Zaur İmrani Xəzər dənizinin müasir ekoloji vəziyyətinin öyrənilməsi, iqlim dəyişmələrinin təbii-coğrafi sistemlərə təsirinin qiymətləndirilməsi, su və torpaq ehtiyatlarının mühafizəsi, landşaftların dayanıqlığının müəyyən edilməsi və ekoloji risklərin proqnozlaşdırılması ilə bağlı Coğrafiya İnstitutuunn elmi fəaliyyəti barədə məlumat vermişdir. Bu baxımdan, COP31-də gündəmə gətirilən məsələlər Coğrafiya İnstitutu üçün bir sıra aktual elmi istiqamətlərin inkişaf etdirilməsini zəruri edir. Bunlara:
Coğrafiya İnstitutu üçün bu məsələlər yalnız nəzəri və elmi müzakirə predmeti deyil, həm də ölkənin ekoloji təhlükəsizliyinin təmin olunmasına, təbii ehtiyatların səmərəli idarə edilməsinə və dayanıqlı regional inkişaf strategiyalarının elmi əsaslandırılmasına xidmət edən prioritet istiqamətlərdir.
İqlim dəyişmələri ilə mübarizədə elmin, beynəlxalq əməkdaşlığın və müasir coğrafi tədqiqatların rolunun artırılması Azərbaycanın dayanıqlı inkişaf hədəflərinə nail olunmasında mühüm amillərdən biridir.