İyunun 21-də AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun növbəti Elmi seminarında ekocoğrafiya şöbəsinin elmi işçisi Züleyxa Eyyubovanın “Kiçik Qafqazın şimal-şərq yamacında texnogen dağ geosistemlərinin ekoloji vəziyyəti (Daşkəsən rayonu timsalında)” mövzusunda məruzəsi dinlənilib.
Məruzədə Daşkəsən rayonunda dağ-mədən müəssisələrinin fəaliyyəti ilə yaranan texnogen dağ geosistemlərinin müasir vəziyyətinin elmi-praktiki əsaslarla izahı verilib. Gənc tədqiqatçı mövcud texnogen geosistemlərinin tədqiqi ilə geoinformasiya analizi aparmış və onların ətraf mühitə təsir xüsusiyyətlərini öyrənmiş, texnogen pozulmuş ərazilərdə ətrafa dəyən zərərin azaldılması məqsədi ilə torpaq-bərpa işlərinin aparılması istiqamətində tövsiyələr hazırlamışdır.