Akademik Həsən Əliyevin anadan olmasının 110 illiyinə həsr olunmuş konfransa hazırlıq Apr 11, 2017 | 01:04 / ELMİ İCLASLAR

   Azərbaycanın görkəmli təbiətşünas alimi və ekoloqu, akademik Həsən Əliyevin anadan olmasının 110 ili tamam olur. Bununla əlaqədar ölkə Prezidenti cənab İlham Əliyev alimin yubileyinin keçirilməsi haqqında 2017-ci ilin fevralında sərəncam vermişdir. H.Ə.Əliyev uzun illər respublikada təbiətin öyrənilməsi, səmərəli istifadəsi və mühafizəsi üçün xeyli işlər görmüş, “Azərbaycan Coğrafiya Cəmiyyəti”, “Azərbaycan Təbiəti Mühafizə Cəmiyyəti” kimi ictimai təşkilatlara rəhbərlik etmiş, “Azərbaycan təbiəti” jurnalını təsis etmişdir. Bu gün də onun gördüyü işlər davam etdirilir. Bu baxımdan “AR-də ekoloji cəhətdən davamlı sosial-iqtisadi inkişafa dair Milli Proqram”, “AR-də bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün Milli Strategiya və Fəaliyyət Planı”, “Azərbaycan 2020: gələcəyə baxış”, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji Yol Xəritəsi” Proqramları və s. xüsusi əhəmiyyət kəsb edir.

   Həyata keçirilən tədbirlərin elmi əsaslarının hazırlanması və gələcəkdə yerinə yetiriləcək tədbirlərin ekoloji problemlərin aradan qaldırılmasında rolunun öyrənilməsi alimlər qarşısında duran əsas vəzifələrdəndir. Prezidentin sərəncamına uyğun qəbul olunmuş proqram çərçivəsində akademik H.Ə.Əliyevin 110 illik yubileyi ilə əlaqədar Azərbaycan Coğrafiya Cəmiyyəti və Lənkəran Dövlət Universiteti 2017-ci il iyun ayının 16-17-də Lənkəran şəhərində “İnsan - ətraf mühit əlaqələrinin ekocoğrafi problemləri” mövzusunda elmi-praktiki konfrans keçirir.

 Konfransın əsas bölmələri aşağıdakılardır:

  • Coğrafiya:
  • Ekologiya:
  • Torpaq və bitki örtüyü:
  • Landşaft, təbii ehtiyat və turizm-rekreasiya potensialından istifadənin müasir vəziyyəti,  perspektivləri
  • Müasir  iqlim və su ehtiyatlarının qiymətləndirilməsi, istifadəsi və qorunması problemləri
  • Sosial-iqtisadi və demoqrafik inkişaf, onların regional problemləri və perspektiv istiqamətləri
  • Azərbaycanın davamlı inkişafının ekocoğrafi əsasları
  • Biomüxtəlifliyin qorunması və ekoloji tarazlıq
  • Regional ekocoğrafi problemlər və onların həlli yolları
  • Torpaqlardan səmərəli istifadə edilməsi və onların ekoloji problemləri
  • Torpaq-bitki örtüyünün mühafizəsi

 

Konfransa təqdim olunan məqalələr aşağıdakı qaydalar əsasında tərtib edilməlidir:

  1. Format A4, interval 1,5, yuxarı, aşağı, sağ və soldan 2 sm;
  2. Şrift Times New Roman, şriftin ölçüsü 14;
  3. Məqalənin yuxarısında qeyd edilməlidir: məqalənin adı, müəllifin adı, soyadı, atasının adı, işlədiyi təşkilatın adı, e-mail ünvanı;
  4. 2 dildə (rus / Azərbaycan və ingilis dillərində) xülasə;
  5. Ədəbiyyat siyahısı və məqalədə onlara istinadlar;
  6. Məqalələr 5 səhifədən az olmamalıdır;
  7. Məqalələr elektron formada  və çap olunmuş şəkildə təqdim olunmalıdır
  8. Bir müəllifdən yalnız bir məqalə qəbul edilir.

 

Qeyd: Məqalələr 15 may 2017-ci il tarixinə kimi qəbul edilir (AMEA Coğrafiya İnstitutu, 827-ci otaq. Tel: 012 539 33 61, 050 590 43 88 (Eminov Zakir N). E-mail:  [email protected].

 

Konfransın mövzusuna uyğun gəlməyən və elmi məzmunu zəif olan məqalələr nəşr edilməyəcək.