Akademik Ramiz Məmmədov “Naxçıvan coğrafiyası” kitabının müəllifləri ilə görüş keçirib. Apr 13, 2017 | 01:04 / MÜHÜM HADİSƏLƏR

Aprelin 13-də AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov “Naxçıvan coğrafiyası” kitabının  müəllifləri ilə görüş keçirib.

Məqsəd kitabın “İqtisadi coğrafiya” adlanan  ikinci cildinin çapını sürətləndirmək, onun daha yüksək səviyyədə hazırlanmasına nail olmaqdan ibarət olub. İnstitut rəhbəri kitabda çap olunacaq materialların ilkin variantlarının bölümlər üzrə  aprelin 25-dək  təqdim olunmasını tövsiyə edib.