Elmi iclası İyl 02, 2015 | 09:07 / ELMİ İCLASLAR

İqtisadi coğrafiya və əhali coğrafiyası şöbələrinin iyulun 1-i, 2015-ci il tarixində AMEA-nın müxbir üzvü Elbrus Əlizadənin sədrliyi ilə keçirilən birgə iclasında İnstitutun dissertantı, “Ecoland” şirkətinin əməkdaşı Hüseynov Aydın Tariyel oğlunun  “Abşeron yarımadası torpaqlarının radioaktiv maddələr və neft məhsulları ilə çirklənməsinin qiymətləndirilməsi” (Bakı yod zavodunun timsalında) mövzusunda dissertasiya işinin müzakirəsi baş tutub. Geniş müzakirədən sonra qərara alınıb ki, göstərilən iradlar düzəldikdən sonra iş növbəti mərhələyə buraxılsın.