Gənc alim almaniyada təlim keçmişdir Sen 13, 2015 | 10:09 / MÜHÜM HADİSƏLƏR

AMEA H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun “Azərbaycanın torpaq ehtiyatları coğrafiyası” şöbəsinin doktorantı Lalə Əhmədova Almaniyanın Leyptsik  Universitetinin Coğrafiya İnstitutunda “ArcGİS proqramından            istifadə etməklə deqradasiyaya məruz qalmış torpaqların eko-funksional parametrlərinin   qiymətləndirilməsi   metodlarının öyrənilməsi” mövzusu üzrə bir aylıq elmi təcrübə keçmişdir. Bu müddətdə o, torpaqların ekoloji durumunun qiymətləndirilməsi, torpaqların fiziki-kimyəvi quruluşuna təsir edən amillər və GİS texnologiyasından istifadə etməklə torpaqların müxtəlif istiqamətli xəritələşdirilməsinə dair biliklər əldə etmişdir.

Təcrübə kursunun sonunda doktorant institutun rəhbəri tərəfindən sertifikat almışdır.