EABA-nın sessiyası keçiriləcək Sen 13, 2015 | 10:09 / TƏDBİRLƏR

Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Elbrus Əlizadə 24-27 sentyabrda Rusiya Federasiyasının Kostroma şəhərində keçiriləcək “Konstruktiv coğrafi fikirlər və fundamental coğrafi tədqiqatların inkişafı” mövzusunda elmi sessiyada ölkəmizi təmsil edəcəkdir. Tədbirdə Ukrayna, Belarus, Özbəkistan, Tacikistan, ABŞ, Qazaxıstan, Gürgüstan, Rusiya və s. ölkələrdən də alim və mütəxəssislər iştirak edəcəklər.

Azərbaycanlı alim Elmlər Akademiyalarının Beynəlxalq Assosiasiyasının (EABA) və Rusiya Elmlər Akademiyasının  (REA) Fundamental Coğrafi Problemlər üzrə Birləşmiş Elmi şuralarnın təşkilatçılığı ilə keçirilən sayca 19-cu birgə  sessiyasında  “Azərbaycanda struktur-geomorfoloji tədqiqatların inkişafı (İ.P.Gerasimovun fikirləri əsasında)” mövzusunda məruzə edəcəkdir.