AMEA Coğrafiya İnstitutunun direktoru, Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, akademik Ramiz Məmmədov oktyabrın 9-dan 12-dək Asiya Coğrafiya Cəmiyyətinin (ACC) Çin Xalq Respublikasının Şanxay şəhərində keçiriləcək konfransının açılış mərasimində iştirak etmək üçün dəvət olunub.
Akademik həmin tədbirdə “Azərbaycanda coğrafi tədqiqatlar” mövzusunda məruzə ilə çıxış edəcək.
ACC-nin prezidenti, professor Guyou Zang tərəfindən imzalanmış dəvətnamədə XXI əsrin əvvəllərindən başlayaraq Asiyanın sürətli inkişafı, onun dünya miqyasında vacib iqtisadi və mədəni yüksəlişi, bu istiqamətdə coğrafiyaçıların rolu qeyd olunur və bu qurumun azərbaycanlı həmkarları ilə əməkdaşlıq arzusunda olduğu bildirilir.