Rəhbər heyətin məşqi keçirilib Apr 13, 2017 | 01:04 / TƏDBİRLƏR

     Aprelin 13-də AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda “Fövqəladə hadisələr  nəticələrinin aradan qaldırılması  zamanı mülkü müdafiə orqanları və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin  məşqi keçirilib.

        İclasa sədrlik edən fövqəladə hallar komissiyasının sədri, Coğrafiya İnstitutunun təsərrüfat işləri üzrə direktor müavini, i.ü.f.d. Anar Osmanlı məşqin keçirilməsinin əhəmiyyətindən, mülki müdafiə tədbirlərinin yerinə yetirilməsində İnstitut əməkdaşlarının hazırlıqlı olmalarının vacibliyindən və s. söhbət açıb.

           Sonra MM qərargahının rəisi Namazəli Mustafayev praktiki sənədlər olan idarəetmə, rabitə və xəbərdarlıq sxemi üzərində dayanaraq, AR Prezidentinin 1998-ci il 18 aprel tarixli, 700 saylı “Mülki müdafiə  haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Fərmanı və AR Nazirlər Kabinetinin 1998-ci il, 25 sentyabr tarixli 193 saylı “Mülki müdafiənin təmin edilməsi barədə” Qərarından irəli gələn tələblərin İnstitutun rəhbər heyəti tərəfindən yerinə yetirilməsinin səviyyəsi haqqında məlumat verib. O, ehtimal edilən fövqəladə hadisələr zamanı  qarşıda duran vəzifələrin yerinə yetirilməsi üzrə praktiki vərdişlərin artırılmasının zəruriliyini qeyd edib.  

    Sonra qərargah rəisi İnstitut əməkdaşları Z.Həmidova, R.Qaşqay, X.Rəhimov, X.Rzazadə və başqalarının baş verə biləcək fövqəladə hallar zamanı yarana biləcək gözlənilməz vəziyyətlərin nizamlanması haqqına suallarını cavablandırıb.