Əməkdaşların yay tətilindən sonra sentyabrın 9-da akademik Ramiz Məmmədovun sədrliyi ilə Coğrafiya İnstitutunun Elmi Şurası ilə Elmi Seminarının ilk iclası keçirilib.
İclasda akademik Ramiz Məmmədov direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə ilə birlikdə avqustun 17-dən 21-dək Moskva Dövlət Universitetində keçirilən “Coğrafiya, mədəniyyət və cəmiyyət dünyanın gələcəyi üçün” regional konfransın işində iştirakları barədə məlumat verib.
Sonra 17-18 sentyabr 2015-ci il tarixlərində keçiriləcək Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun 70 illik yubileyinə həsr olunmuş “Müasir qlobal dəyişmələrə geo-və təbii- təsərrüfat sistemlərinin adaptasiyası problemləri” mövzusunda Beynəlxalq elmi-praktik konfransın keçirilməsilə əlaqədar məsələlər müzakirə edilib.