Coğrafiya İnstitutun elmi işlər üzvə direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə və aparıcı elmi işçisi, c.ü.f.d. Starə Tarixazər oktyabrın 21-dən 23-dək Rusiyanın Şimali Osetiya-Alaniya Respublikasının Vladiqafqaz şəhərində “Elm, təhsil, mədəniyyət və məlumat-maarifləndirmə fəaliyyəti - dağlıq ərazilərin dayanaqlı inkişafının əsasıdır” mövzusunda keçirilən VIII Beynəlxalq konfransda iştirak ediblər. YUNESKO-nun himayəsi altında hər üç ildən bir keçirilən bu konfransda dağlıq ərazilərin dayanaqlı inkişafına dair əsas məsələlər müzakirə olunur.
Tədbirdə Fransa, Azərbaycan, Ermənistan, Rusiya və onun vilayətlərindən elmi nümayəndələr iştirak ediblər.
Elbrus Əlizadə konfransın plenar iclasında giriş sözü ilə çıxış edib. Sonra o, “Dağlıq ərazilərin dayanaqlı inkişafı sahəsindəki əsas nailiyyətlər, problem və vəzifələr” bölməsində “Böyük Qafqazın cənub yamacının dağlıq geosistemlərində sel proseslərinin inkişafında yüksəklik-landşaft asılılığı”, Starə Tarixəzər isə “Böyük Qafqazın Azərbaycan hissəsində sürüşmə prosesləri inkişafının antropogen-dinamik xüsusiyyətləri” mövzularında məruzələrlə çıxış ediblər.
İnstitut əməkdaşlarının məruzələri iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.