EŞ və ES birgə iclası Noy 26, 2015 | 11:11 / ELMİ İCLASLAR

Noyabrın 25-də akademik Ramiz Məmmədovun sədrliyi ilə Coğrafiya İnstitutunun elmi şurası ilə elmi seminarının birgə iclası keçirilib.

İclasda iqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi Cəmilə Əhmədovanın aparıcı elmi işçi, c.ü.f.d. Umayra Tağıyeva ilə birgə yazdıqları “Müasir iqlim dəyişmələri fonunda Abşeron yarımadasında “isti hava dalğalarının” tədqiqi” və Xəzər dənizi problemləri şöbəsinin əməkdaşları – c.ü.f.d. Zabit Allahverdiyevin akademik R.M.Məmmədov və N.T.Əhmədovla birgə yazdıqları “Xəzər dənizi Bakı arxipelaqı akvatoriyasının müasir hidrometeoroloji şəraiti” mövzularında məruzələri dinlənilib.

Sonra Coğrafiya İnstitutunun yeni strukturu müzakirə edilib və bəzi dəyişikliklər edilməklə bir əsas kimi qəbul edilib.

 

X.Rzazadə,

Cİ-nin ictimai əlaqələrə məsul əməkdaşı