Elmi seminarın iclası Dek 10, 2015 | 11:12 / ELMİ İCLASLAR

Dekabrın 9-da akademik Ramiz Məmmədovun sədrliyi ilə Cİ-nin elmi seminarı keçirilib. Seminar iştirakçıları əvvəlcə "Günəşli" neft yatağındakı 10-cu dərin dəniz özülündə baş vermiş yanğın nəticəsində həlak olanların xatirəsini bir dəqiqlik sükutla yad ediblər.

Sonra Xəzər problemləri şöbəsinin böyük elmi işçisi Emil Bayramovun akademik R.M.Məmmədovla birgə hazırladığı AMEA Coğrafiya İnstitutu) “LANSAT-8 peyk məlumatlarından istifadə etməklə Azərbaycan ərazisində səhralaşma dərəcəsinin məkan-zaman üzrə keyfiyyətcə qiymətləndirilməsi” mövzusunda məruzəsi dinlənilib.

 X.Rzazadə,

Cİ-nin ictimai əlaqələrə məsul əməkdaşı