Cİ-nin elmi seminarı Fev 01, 2016 | 09:02 / ELMİ İCLASLAR

Yanvarın 27-də akademik Ramiz Məmmədovun sədrliyi ilə Coğrafiya İnstitutunun növbəti elmi seminarı keçirilib. Geomorfologiya və təbii risklər şöbəsinin kiçik elmi işçisi Rzayeva Solmaz İsaq qızının “Azərbaycanda tibbi-coğrafi şəraitin qiymətləndirilməsi və onkoloji xəstəliklərin yayılması problemləri” mövzusunda məruzəsi dinlənilib.  Bu sahədə aparılan ilkin tədqiqat işi olmaqla məruzənin yüksək səviyyədə hazırlanması qeyd olundu. Əsərdə eyni zamanda statistikadan daha çox coğrafi amillərin təhlilinə yer verilməsinə, onkoloji xəstələklərin inzibati rayonlaşma üzrə xəritələşdirilməsinə diqqətin artırılması  məsləhət görülüb.

Sonra Azərbaycanın əhalisi və sosial inkişafı coğrafiyası" şöbəsinin elmi işçisi  Etibar Bədəlov və  Memarlıq İnstitutunun dosenti Rahibə Əliyevanın birgə hazırladıqları “Abşeronun məskunlaşması və memarlığı” monoqrafiyasının müzakirəsi keçirilib.  Qərara alınıb ki, kitab, memarlıq hissəsi çıxılmaqla, ayrılıqda  nəşrə hazırlansın.

 Daha sonra İnstitutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin hazırlanmasının gedişi  haqqında məlumat verib.

 X.Rzazadə,

Cİ-nin ictimai əlaqələrə məsul əməkdaşı