Elektron bazanın yaradılması Mart 01, 2016 | 09:03 / TƏDBİRLƏR

Fevralın 29-da Coğrafiya İnstitutunun əməkdaşları – elmi katib Luiza Salayeva, baş kitabxanaçı Şövqiyyə Məmmədova, mühəndis Elvin Əmrahov və Cİ-nin ictimai əlaqələrə məsul əməkdaşı Xanım Rzazadə Mərkəzi Elmi Kitabxanada (MEK) “AMEA-da elektron elmi-intellektual bazanın yaradılması” mövzusunda keçirilən konfransda iştirak ediblər.

Tədbirdə kitabxananın çap və elektron resursları, informasiya bazasının formalaşdırılması istiqamətində görülən işlər barədə məlumat verilib. “Vikilayihə”lərdə fəaliyyət, kitabxana resurslarının qorunması və saxlanılması, impakt faktorlu jurnallarda məqalələrin yerləşdirilməsi və s. mövzularda keçirilən təlimlərdən danışılıb.

Çıxışlarda MEK-in bu günə qədər yüzdən artıq xarici ölkə universitetləri və dünyanın tanınmış elmi bazaları ilə əlaqələrinin qurulduğu bildirilib. Həmçinin kitabxananın çap və elektron resursları haqqında, eləcə də Mərkəzi Elmi Kitabxanasında istifadə olunan "Vahid elekron qeydiyyat sistemi”nin AMEA elmi müəssisə və təşkilatlarının kitabxanalarına da tətbiq edilməsi, elmi məqalə və kitabların elektron formatda MEK-ə təqdim olunması kimi məsələlər müzakirə olunub.