İranda təlimlər May 20, 2016 | 01:05 / TƏDBİRLƏR

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun “Xəzər dənizi problemləri” bölməsinin əməkdaşları - aparıcı elmi işçilər, c.ü.f. doktorları Zabit Allahverdiyev və Nazim Əhmədov, elmi işçi Elnur Səfərov mayın 5-dən 16-dək İran İslam Respublikasında elmi səfərdə olmuşlar. 

Onlar Beynəlxalq İslam Ölkələri Elm və Okeanoloji Texnologiya Şəbəkəsi ilə əməkdaşlığın davamı olaraq, bu qurumun təşkilatçılığı ilə keçirilən “İqlim dəyişmələrinin Xəzər dənizinə təsiri” mövzusunda beynəlxalq təlimdə iştirak  etmişlər. E.Səfərov “Iqlim dəyişmələrinin Xəzərin səviyyə tərəddüdlərinə təsiri” mövzusunda məruzə ilə çıxış etmişdir. Gənc alim çıxışında Xəzər dənizi səviyyəsi fəsli tərəddüdlərinin peyk altimetrik müşahidə məlumatlarına əsasən  zaman-məkan paylanması və qlobal iqlim indekslərinin dəniz səviyyəsinin dəyişməsinə təsirinin veyvlet modeli vasitəsi ilə tədqiqindən danışmışdır. Dinləyicilərin çoxsaylı sualları qənaətbəxş cavablandırılmışdır.

Tədbirin sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim edilmişdir.