Mayın 19-da akademik Ramiz Məmmədovun sədrliyi ilə Dissertasiya şurasının iclasında Famil Niftiyevin 5401.01 iqtisadi coğrafiya ixtisası üzrə c.ü.f.d. elmi dərəcəsi almaq üçün "Lənkəran-Astara iqtisadi rayonunda sosial infrastrukturun inkişafı və ərazi təşkilinin coğrafi problemləri" mövzusunda yazdığı dissertasiya işinin müdafiəsi keçirilib.
Famil Niftiyev coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsi haqqında AR Prezidenti yanında AAK qarşısında vəsatət qaldırılması barədə gizli səsvermə yolu ilə qərar qəbul edilib.