Elmi seminar Fev 20, 2013 | 12:02 / ELMİ İCLASLAR

İnstitutun növbəti elmi seminarı  fevralın 20-si, 2013-cü il tarixində keçirilmiş və burada aşağıdakı məsələlərə baxılmışdır:

1. AZƏRBAYCAN RESPUBLİKASI ƏHALİSİ ARASINDA DOĞUM VƏ ÖLÜM SƏVİYYƏSİ  R.N.Kərimov. 

Məqalədə Azərbaycan Respublikasının əhalisi arasında doğum və ölüm prosesləriningedişi, müxtəlif sosial-iqtisadi və demoqrafik amillərin bu proseslərə təsiri tədqiq olunur. Doğum və ölüm proseslərinin, o cümlədən uşaq ölümünün şəhər və kənd əhalisi üzrə müqayisəli təhlili verilir. Bu  proseslərləbağlı ölkədəki hazırkı demoqrafik vəziyyət qiymətləndirilir.

2. EOPLEYSTOSEN VƏ NEOPLEYSTOSENDƏ AZƏRBAYCANIN  BİTKİ  ÖRTÜYÜNÜN  DƏYİŞMƏSİ.  Ələsgərov B.C., Vəliyev S.S.,Tağıyeva E.N., Əliyev A.İ., Quliyev M.N.  (Xülasə)

Məqalədə paleobotanik materialların təhlilinə əsasən Azərbaycanda eopleystosen və neopleystosen bitki örtüyünün formalaşması tarixi izlənməklə onların inkişaf mərhələsi aşkar edilmişdir. Burada amerikan, şərqi Asiya və Aralıq dənizi florası  nümayəndələrinin azalması və mülayim-istisevər flora təmsilçiləri çoxalması qeyd edilir. Beləliklə buzlaşma və buzlaqarası mərhələdə floranın növ tərkibinin dəyişməsi və yüksəklik qurşaqları sərhəddinin dinamikası qeyd  edilmişdir.

3.KƏND TURİZMİNİN POTENSİALI VƏ İRAN İSLAM  RESPUBLİKASINDA  ONUN  İNKİŞAF  İSTİQAMƏTLƏRİ.  Z.N.Eminov, H.M.Zehdehdel.