AMEA Coğrafiya İnstitutunun elmi seminarının 17.04.2013-cü il tarixində keçirilən iclasında institut tərəfindən nəşrə hazırlanan üç cildlik “Azərbaycanın Coğrafiyası” fundamental monoqrafiyasında əks olunacaq elmi problemlər müzakirə edildi.
Çıxış edənlər - AMEA müxbir üzvü R.M. Məmmədov, c.e.d. E.K. Əlizadə, c.e.n. N.H. Əyyubov, c.e.n. N.Ə. Paşayev, c.e.d. X.K. Tanrıverdiyev və b. əsərin üzərində ciddi müəllif işlərinin aparıldığının bildirdilər. Məlumat verildi ki, “Azərbaycanın iqtisadi coğrafiyası” cildi tamamı ilə, “Azərbaycanın fiziki coğrafiyası” cildi isə əsasən yekunlaşdırılmışdır. Bu monoqrafiyalarda ölkə alimlərinin coğrafiyanın müxtəlif sahələrinə aid əldə etdikləri ən son elmi nailiyyətlər öz əksini tapmışdır. “Azərbaycanın regional coğrafiyası” cildinin hazırlanmasının sürətləndirilməsi geniş müzakirə edildi. Üç cildlik akademik monoqrafiyaların 2013-cü ilin sonlarınadək nəşr olunması nəzərdə tutulur.