18 aprel 2013-cü il tarixində Coğrafiya İnstitutunun Gənc Alimlər Şurası (GAŞ) İdarə Heyətinin ümumiləşdirilmiş 1 saylı iclası keçirildi.
"Landşaft və Landşaft planlaşdırılması" şöbəsinin müdiri c.e.d. Əlizadə Elbrus Kərim oğlunun rəhbərliyi ilə keçirilən iclasda Azərbaycan MEA Gənclerin İntellektual İnkişaf Mərkəzinin Yer elmləri bölməsinin rəhbəri g.m.ü.f.d.Abbasov Orxan Rafael oğlu sədr kimi, Geologiya İnstitutu üzrə Gənc Alimlər Şurasının müavini Babazadə Afşan Nazim qızı katib kimi iştirak etdi.
Iclasda Coğrafiya İnstitutunun Gənc Alimlər Şurası (GAŞ) İdarə Heyəti üzvlərinin, şərti sədr və şərti müavinlərin müəyyənləşdirilməsi və Gənc Alimlər Şurası (GAŞ) İdarə Heyəti üzvləri üçün vəzifə bölgülərinin aparılması məsələlərinə baxıldı.
Gənc Alimlər Şurası (GAŞ) İdarə Heyətinə şərti sədr kimi Landşaft və Landşaft planlaşdırılması şöbəsinin elmi işçisi, c.ü.f.d. Ələkbərova Samirə Oqtay qızı birinci şərti müavin kimi, Əhali coğrafiyası şöbəsinin k.e.i. Qasımov Zaur Aydın oğlu və ikinci şərti müavin kimi Landşaft və Landşaft planlaşdırılması şöbəsinin elmi işçisi, c.ü.f.d. Həmidova Zərnurə Ənvər qızı təklif edildi.
GAŞ İdarə Heyətinin üzvləri aşağıdakılar təsdiq olundu:
1. c.e.n. Ağakişiyeva Günəş Rafiq qızı (Azərbaycanın iqtisadi və siyasi coğrafiyası),
2. Həsənova Vüsalə Rza qızı (Coğrafi fikir tarixi şöbəsi),
3. Nəzərova Dilbər (Azərbaycanın iqtisadi və siyasi coğrafiyası),
4. Qəşəmova Raminə Ramiz qızı (Paleocoğrafiya şöbəsi),
5. Şalbuzov Fuad Əlövsət oğlu (Hidrologiya şöbəsi),
6. Əmənov Rauf Rizvan oğlu (Azərbaycanın iqtisadi və siyasi coğrafiyası),
7. Mahmudova Kəmalə Elbrus qızı (Xəzər dənizinin problemləri mərkəzi şöbəsi),
8. Abdullayeva Gülnarə İslam qızı (Əhali coğrafiyası şöbəsi),
9. Mikayılova Həmidə Əvəz qızı (Coğrafi fikir tarixi şöbəsi),
10. Xəlilova Səbinə Rüfət qızı (Coğrafi fikir tarixi şöbəsi),