01 may 2013-cü il tarixində Coğrafiya İnstitutunun növbəti elmi seminarında BDU-nun "Fiziki coğrafiya" kafedrasının müdiri, c.e.n Y.Ə.Qəribov "Müasir landşaftların antropogen transformasiyası xəritəsinin hazırlanmasının elmi-nəzəri əsasları" mövzusunda məruzə ilə çıxış etmişdir.
Y.Ə.Qəridov Azərbaycanın müasir landşaftlarının antropogen transformasiyasını müəyən edən amillər, onların təsnifatı və bu əsasda antropogenləşmə dərəcəsi haqqında məlumat verdi. Məruzəçı tərəfindən Azərbaycanın ayrı-ayrı regionlarının və bütöblüklə Azərbaycanın müasir landşaftlarının antropogen transformasiya xəritəsi tərtib olunmuşdur.
Məruzə ətrafinda geniş müzakirə aparılmış, onun böyük elmi-praktiki əhəmiyyəti olduğu qeyd olunmuşdur.