Institutun 8 may 2013-cü ildə keçirilən elmi seminarında “Azərbaycanda paleocoğrafi tədqiqatların inkişafı tarixi” mövzusunda Nuridə Aləm qızı İsmayılovanın məruzəsi dinlənildi. Qeyd edildi ki, müasir dövrdə qlobal ekoloji problemlərin kəskinləşdiyi dövrdə ölkə ərazisində gərgin geodinamik proseslərin paleocoğrafi tədqiqatların əhəmiyyəti durmadan artır.
Çıxış edənlər – AMEA-nın müxbir üzvü R.Məmmədov, c.e.doktorları X.Tanrıverdiyev, E.Əlizadə və b. aparılan tədqiqatların nəticələrini araşdırmaqla, gələcəkdə paleocoğrafi şəraitin müasir elmi-nəzəri əsaslarla öyrənilməsini genişləndirməyin lazımlığını qeyd etdilər.