14.05.13-cü ildə Coğrafiya İnstitutunun nəzdində fəaliyyət göstərən D.01.91 Dissertasiya Şurasının ixtisaslaşdırılmış seminarı keçirilmişdir.
Seminarda institutun doktorantı Umayra Tağıyevanın 5411.01 – meteorologiya ixtisasında coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Müasir iqlim dəyişmələri fonunda Gəncə-Qazax iqtisadi rayonunun aqroiqlim ehtiyatlarının qiymətləndirilməsi” mövzusundakı disertasiya işi müzakirə edilmişdir. Seminar dissertasiya işinin növbəti mərhələyə buraxılması haqqında qərar qəbul etmişdir.