Coğrafiya İnstitutunun mayın 6-da keçirilmiş Elmi seminarında AMEA-nın "Xəbərlər" jurnalına təqdim edilmək üçün aşağıdakı məqalələrin müzakirəsi keçirilib:
1.X.Tanrıverdiyev, A.Səfərov “Naxçıvan MR ərazisinin ekogeomorfoloji qiymətləndirilməsi”;
2. V.Ə.Quluzadə, R.S.Abdullayev “Naxçıvan MR dağlıq geosistemində ekzodinamik proseslərin ekoloji şəraitə təsiri”;
3. M.C.İsmayılov, L.A.İsmayılova “Dağ geosistemlərinin landşaft-rekreasiya potensialının müəyyənləşdirilməsinin elmi-metodiki aspektləri (Böyük Qafqazın cənub yamacının timsalında);
4. H.M.Tahirova “Naxçıvan MR-da miqrasiya prosesləri dinamikasının iqtisadi-coğrafi təhlili”.
Müzakirələr zamanı müəlliflər seminar iştirakçıları tərəfindən verilmiş sualları cavablandırmış və cavabları əsaslandırmağa çalışmışlar. Bildirilən irad və tövsiyələr nəzərə alınmaqla, edilən düzəlişlərdən sonra məqalələrin çapa verilməsi qərara alınıb.