Rusiya Elmlər Akademiyasının “Poisk” qəzetində “Yenə də - dəniz. Xəzərin gələcəyi necə olacaq?” başlığı altında AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun müsahibəsi dərc olunub.
Qəzetin baş redaktorunun birinci müavini Ponarina Yelizavetanın suallarını cavablandıran akademik Xəzərin statusu, Xəzəryanı ölkələr üçün onun əhəmiyyəti, Xəzərin tədqiqi, səviyyəsinin dəyişkənliyi və onun Azərbaycanda səhralaşma prosesinə təsiri, ekoloji vəziyyət, dənizin çirklənməsi, “Xəzər dənizinin hidrometeoroloji atlası”nın Xəzərin tədqiqində rolu və s. haqqında maraqlı məlumatlar verib.