Alimimiz Beynəlxalq Ümumrusiya konfransında məruzə ilə çıxış edib Sen 25, 2017 | 05:09 / MÜHÜM HADİSƏLƏR

AMEA  akademik H.Əliyev adına  Coğrafiya İnstitutunun “Xəzər dənizinin monitorinqi” şöbəsinin müdürü, AMEA-nın müxbir üzvü, f/r. elmləri doktoru Rauf Qardaşov 20 - 22 sentyabr 2017-cü il tarixində  Rusiyanın Sankt-Petersburq şəhərində keçirilən “Təbii suların optikasının müasir problemləri” adlı İX Beynəlxalq Ümumrusiya konfransında  proqram komitəsinin üzvü olaraq iştirak edib.

Azərbaycanlı alim plenar iclasda “Günəş parıltılarının xarakteristikalarına görə dəniz səthinin ani formasının təyini” mövzusu ilə məruzə edib.

Tədbirdə daxili su hövzələrinin, o cümlədən Xəzər dənizinin ekoloji durumunun və bio-mühitinin məsafədən tədqiqinə dair yeni araşdırmaların nəticələrinə  dair məruzələr dinlənilib.