Noyabrın 15-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Elmi şurası ilə Elmi seminarının birgə iclası keçirilib.
C.ü.f.d. Rafiq Verdiyev “Avropa Birliyinin su çərçivə direktivinə uyğun hidroloji təsnifat sistemi (Gəncəçay-Zurnabad məntəqəsi misalında)” mövzusunda məruzə edib.
Sonra Geomorfologiya və təbii risklər şöbəsinin rəhbəri, c.ü.e.d. Hüseyn Xəlilovun “Геоморфологические очерки” adlı kitabının çapa təqdim edilməsi üçün müzakirələr aparılıb.
Cİ-nin elmi işlər üzrə direktor müavini, c.ü.f.d. Məhərrəm Həsənov “Türk dünyasının coğrafiyası” kitabının hazırlanması haqqında məlumat verib.