Cİ-nin doktorantı Lətifə İsmayılova dissertasiya işini müdafiə etdi Noy 24, 2017 | 04:11 / ELMİ İCLASLAR

Noyabrın 24-də    akademik  Ramiz Məmmədovun  sədrliyi ilə  keçən Cİ Dissertasiya şurasının iclasında Coğrafiya İnstitutunun qiyabi doktorantı İsmayılova Lətifə Arif qızı  5408.01 – “fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftların geofizikası və geokimyası ixtisası  üzrə c.ü.f.d.  elmi dərəcəsi almaq üçün “Böyük Qafqazın cənub yamacı geosistemlərinin differensiasiyası və landşaft  planlaşdırlması (Daşağılçay-Girdimançay arası timsalında)” mövzusunda yazdığı dissertasiya işini uğurla müdafiə edib.

Lətifə İsmayılovaya coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsi haqqında AR Prezidenti yanında AAK  qarşısında vəsatət qaldırılması  barədə  gizli səsvermə yolu ilə qərar qəbul edilib.