Müəllif kitabın məqsədi, landşaft planlaşdırılmasının iqtisadiyyatda əhəmiyyəti, təsərrüfatda rolu, mahiyyəti, metodları, Şirvan və Samur-Yalama Milli parklarının mövcud təbii və sosial-iqtisadi şəraitinin vəziyyəti, onların ərazisinin landşaft planı, kompleks inkişaf istiqamətləri haqqında ətraflı məlumat verib. https://igaz.az/az/news/39
İnstitutun elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov, AMEA-nın müxbir üzvü Rauf Qardaşov, HİK sədri Habil Haqverdiyev, elmi işçi Luiza Salayeva çıxış edərək mövzuya münasibət bildiriblər. Onlar kitabın əhəmiyyətini xüsusi qeyd edərək onun ərazi idarəçiliyi, təbiəti mühafizə ilə məşğul olan mütəxəssislər, elmi işçilər, universitet müəllimləri və tələbələr üçün lazımlı və dəyərli vasitə olduğunu diqqətə çatdırıblar.
Sonra Coğrafiya İnstitutunun igaz.az veb saytının yeni versiyasının təqdimatı keçirilib.
Daha sonra dosent Məhərrəm Həsənov yeni vəzifəsində - Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini kimi iştirakçılara təqdim olunub.