AMEA ak. H.Ə. Əliyev ad. Coğrafiya İnstitutunun Elmi seminarı ilə Elmi şurasının növbəti birgə iclasında Səbuhi Talıbovun “Lənkəran-Astara iqtisadi-coğrafi rayonunda ekskursiya xidməti və turların təşkili imkanları” mövzusunda məruzəsi dinlənilib.
Məruzəçi yerli resurslardan səmərəli istifadə etməklə regionun turizm imkanlarının artırılması, onlardan səmərəli istifadənin yollarını tədqiq etmiş, turistlərin regiona cəlb olunması məsələsini araşdırmışdır. Tədqiqatçı turist marşrutlarının, ekskursiya xidmətlərinin sayını artırmaqla turistlərin asudə vaxtının daha səmərəli istifadəsinə zəmin yaratdığını və bunun gələn turistlərin sayının artmasına və onların qalma müddətinin uzadılmasına səbəb olduğunu qeyd edib. Tədqiqatın nəticələrinə görə müəyyən edilib ki, təklif olunan marşrutların PR-nın aparılması və canlandılması hesabına yay mövsümü dövründə gələn turistlərin gecələmə müddətini ən azı minimum 30% arıtmaq mümkündür.
Sonra akademik Ramiz Məmmədov bu ilin sonu və 2018-ci il ərzində keçiriləcək tədbirlər haqqında danışıb, görkəmli coğrafiyaşünas alimlər - akademik H.Ə.Əliyevin 110, akademik Budaq Budaqovun 90 illik yubileyləri, AMEA-nın müxbir üzvü Elbrus Əlizadənin ölümünün ildönümü və Azərbaycan Coğrafiya Cəmiyyətinin qurultayı ilə bağlı nəzərdə tutulan tədbirlər haqqında geniş məlumat verib.