Bu gün, dekabrın 15-də görkəmli coğrafiyaçı alim, Azərbaycan təbiətinin fədaisi, torpaqşünas, ekoloq, akademik Həsən Əliyevin anadan olmasının 110 ili tamam olur.
Bu münasibətlə Azərbaycanın torpaq ehtiyatları coğrafiyası şöbəsinin əməkdaşları, şöbə müdiri, a.ü.f.d. İsmayıl Quliyev başda olmaqla unudulmaz Həsən Əliyevin xatirəsini yad etmək məqsədilə Fəxri xiyabana gəlmiş, alimin məzarı önünə tər çiçəklər qoymuşlar.