Azərbaycan Coğrafiya Cəmiyyəti və AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunun Elmi Əsərlərinin XIX cildi çapdan çıxıb.
İnstitutun direktoru, akademik Ramiz Məmmədovun baş redaktorluğu ilə nəşr olunan "Azərbaycanın dağ geosistemləri: problemlər və perspektivlər" kitabı Azərbaycanda coğrafiya elminin inkişafında böyük xidmətləri olan AMEA-nın müxbir üzvü, coğrafiya üzrə elmlər doktoru, professor Elbrus Əlizadənin əziz xatirəsinə həsr olunmuş əsərlər toplusundan ibarətdir. Kitabda dağlıq ərazilərdə geoloji - geomorfoloji tədqiqatların müasir istiqamətləri, landşaft planlaşdırılması, qlobal iqlim dəyişmələrinin təzahürləri, su resurslarından istifadə, ekoloji-coğrafi və sosial iqtisadi problemlərin tədqiqinə dair dəyərli elmi məqalələr toplanmışdır.
Əsər elmi işçilər, müəllimlər, doktorantlar, magistr və bakalavrlar, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.