Martın 2-də akademik Ramiz Məmmədovun sədrliyi ilə Coğrafiya İnstitutu Dissertasiya şurasının iclasında Səbuhi Əlibala oğlu Talıbov 5401.01 – “iqtisadi coğrafiya” ixtisası üzrə c.ü.f.d. elmi dərəcəsi almaq üçün "Lənkəran-Astara iqtisadi-coğrafi rayonunda turizmin inkişaf perspektivləri" mövzusunda yazdığı dissertasiya işini müdafiə edib.
Səbuhi Talıbova coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsi haqqında AR Prezidenti yanında AAK qarşısında vəsatət qaldırılması barədə gizli səsvermə yolu ilə qərar qəbul edilib.