İyunun 9-da Dissertasiya şurasının akademik Ramiz Məmmədovun sədrliyi ilə keçən iclasında Nəriman Əziz oğlu Paşayev coğrafiya üzrə elmlər doktoru elmi adı almaq üçün 5401.01-iqtisadi coğrafiya ixtisası üzrə “Azərbaycan Respublikasında təbii fəlakətlərin təsərrüfata təsirinin iqtisadi-coğrafi problemləri” mövzusunda yazdığı dissertasiya işini müdafiə edib.
Nəriman Paşayevə coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsi haqqında AR Prezidenti yanında AAK qarşısında vəsatət qaldırılması barədə gizli səsvermə yolu ilə qərar qəbul edilib.