“Geomorfoloji oçerklər” kitabı çapdan çıxıb Mart 30, 2018 | 05:03 / YENİ NƏŞRLƏR

AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu Elmi şurasının qərarı ilə coğrafiya elmləri doktoru Hüseyn Xəlilovun  rus dilində “Geomorfoloji oçerklər” kitabı çapdan çıxıb.

Kitabda müəllifin  46 il ərzində (1970-cu ildən 2017-ci ilə) müxtəlif elmi jurnal və tematik məcmuələrdə rus dilində nəşr olunmuş məqalələri xronoloji qaydada öz əksini tapıb. Geomorfologiyanın nəzəri və tətbiqi aspektlərinin  müxtəlif məsələləri nəzərdən keçirilib. Kitab Azərbaycanda geomorfologiya elminin inkişaf meylləri və müəllifin özünün tədqiqatçı kimi təşəkkülü barədə ümumi təsəvvür yaradır.

 Kitab Yer Elmləri sahəsində çalışan mütəxəssislər,  eləcə də  müvafiq profilli tələbə və müəllimlər üçün maraq kəsb edir.