Aprelin 3-dən 6-dək Coğrafiya İnstitutunun təşkilatçılığı, “LightHouse” şirkətinin sponsorluğu ilə Avstriyadan dəvət olunmuş Graz Texnologiya Universitetinin doktoru Andre Baldermannın rəhbərliyi altında İnstitutda gənc alim və mütəxəssislər, eləcə də tələbələr üçün silsilə seminar-məşğələlər təşkil olunub.
Avstriyalı alimin Azərbaycana səfərinin əsas məqsədi Coğrafiya İnstitutunun Paleocoğrafiya şöbəsi ilə aparılan "Miosen dövründə Şərqi Paratetis iqliminin və dəniz səviyyəsinin dəyişməsi" adlı elmi iş ətrafında müzakirələr, fikir mübadiləsi aparmaq və gənc alim və tələbələr üçün elmi məruzələr oxumaqdır.
3 gün davam edən seminar-məşğələlərdə Dr. Andre Baldermann “Gil minerallarının mühəndisi geologiyada və neft geologiyasında rolu”, "Autigen gil minerallarının biokimyəvi prosesdə dəmirin miqrasiyasında rolu", “Dəmirin biogeokimyəvi dövriyyəsində autigenik gil minerallarının rolu” və “Monqolustanda gölün dərəsində Miosen dövrünün paleoiqlim şəraitinin bərpası” mövzularında məruzələrlə çıxış edib.
Tədbirdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosenti Ağamehdi Ağayev, LightHous şirkətinin nümayəndələri cənab Davidi Cosimi və xanım Anna Simoventi də iştirak ediblər.