Coğrafiya İnstitutunun yeni nəşri - "Avtomobil nəqliyyatının ərazi təşkili və yol tikintisində keyfiyyətə nəzarət" kitabı cap olunub.
Kitabın müəllifləri Turizm və rekreasiya coğrafiyası şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Zaur İmrani və digər coğrafiyaçılar - Ş.H.Həsənov, K.Ə.Əliyev, C.Ə.Camalovdur. Əsər Cİ Elmi şurasının qərarı ilə çapa hazırlanıb.
Kitabda Azərbaycanın coğrafi mövqeyi, təbii şəraiti və relyef xüsusiyyətləri nəzərə alınmaqla beynəlxalq standartlara cavab verən yeni avtomobil yollarının layihələndirilməsi və yolların tikintisi zamanı keyfiyyətə nəzarət məsələləri araşdırılıb. Bununla yanaşı, qruntların təsnifatı aparılmış və laboratoriya sınaqları barədə geniş məlumatlar verilib.
Kitab iqtisadi və sosial coğrafiya, həmçinin avtomob yolları və inşaat materialları ixtisasları üzrə təhsil alan ali məktəb tələbələri (bakalavr və magistr), bu sahədə tədqiqat aparan alim və mütəxəssislər, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.