Qadınlar Şurasına sədr seçilib May 01, 2018 | 05:05 / TƏDBİRLƏR

AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunda Qadınlar Şurasının təsis yığıncağı keçirilib.

Tədbirdə AMEA Qadınlar Şurasının sədri, f.ü.e.d., professor Rəna Mirzəzadə, Şuranın  katibi, f.ü.f.d. Samirə Kadiyeva,  YAP Yasamal Rayon Təşkilatı Qadınlar Şurasının sədri Xədicə Muradlı və Fəlsəfə İnstitutu Qadınlar Şurasının sədri, f.ü.e.d.  Lalə Mövsümova  iştirak ediblər.

Coğrafiya İnstitutu HİK-in sədri, c.ü.f.d. Habil Haqverdiyev bugünkü  yığıncağın məqsədini açıqlayıb, qonaqları tədbir iştirakçılarına təqdim edib.

Sonra Rəna Mirzəzadə qadınların ictimai həyatdakı rolundan danışıb, AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunda Qadınlar Şurasının yaradılmasını məqsədəuyğun hesab edib. Elmi işçi Luiza Salayevanın Şura sədri vəzifəsinə namizədliyi irəli sürülüb və yekdilliklə qəbul edilib.

Qərara alınıb ki, yaxın müddətdə Coğrafiya İnstitutu qadınlarının böyük çoxluğunun iştirakı ilə iclas çağırılsın və orada şura üzvləri, eləcə də sədr müavini seçilsin.