AMEA-nın Akademik H. Əliyev adına Coğrafiya İnstitunun Paleocoğrafiya şöbəsinin elmi işçisi Elşən Abdullayev, Almaniya Federativ Respublikasının Qrayfsvald Universitetində “Şərqi Paratetisin Miosen çöküntülərinin gil mineralları və onların palaeoiqlimin və dəniz səviyyəsinin dəyişməsinin öyrənilməsində tətbiqi” mövzusunda elmi iş aparmaq üçün Almaniya Akademik Mübadilə Xidmətinin (DAAD) elmi tədqiqat qrantına layiq görülüb. Həmin diplom Almaniya Federativ Respublikasının ölkəmizdəki səfiri cənab Mixael Kindsqrab və DAAD-ın Bakı ofisinin rəhbəri xanım Stefanie Dufaux tərəfindən Elşən Abdullayevə təqdim olunub.