AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu Elmi seminarının akademik Ramiz Məmmədovun sədrliyi ilə keçən növbəti iclasında c.ü.f.d., dos. Məlikməmməd Məmmədovun “Azərbaycanın regional iqtisadi-ekoloji ərazi diferensassiyası və funksional strukturunun dayanıqlı inkişaf konsepsiyası” mövzusunda məruzəsi dinlənilib.
İlk dəfə olaraq Azərbaycanın regional iqtisadi-ekoloji ərazi diferensassiyasını kompleks şəkildə öyrənən müəllif öz tədqiqat işində:
1) təbii, iqtisadi və sosial şəraiti, istehsalın daxili potensial imkanlarını və onun ərazi təşkilinin xarakterini, ərazi diferensassiyasının xüsusiyyətlərini təhlil etmiş;
2) təbii və antropogen proseslərin birbaşa təsirinə məruz qalmış regionlarda təbii, iqtisadi, sosial gərginliyin və iqtisadi-ekoloji situasiyanın yaxşılaşdırılmasını dayanıqlıq dərəcəsinə görə qruplaşdırmış;
3) iqtisadi-ekoloji ərazi diferensassiyasını gərginləşmə dərəcəsinə görə bir-birindən fərqlənən ərazi-istehsal komplekslərinin və sənaye qovşaqlarının funksional inkişaf baxımından təhlilini aparmış, |gərginlik ərazilərinin təyini metodikasını vermişdir.