Samirə Abuşova dissertasiya işini müdafiə edib İyn 08, 2018 | 03:06 / ELMİ İCLASLAR

Akademik  Ramiz Məmmədovun  sədrliyi ilə  Coğrafiya İnstitutu Dissertasiya şurasının iclasında Samirə Nəsib qızı Abuşova  5409.01 – “Geomorfologiya”  ixtisası  üzrə c.ü.f.d.  elmi dərəcəsi almaq üçün “Kiçik Qafqazın şimal-şərq yamacı relyefinin statik-dinamiki amillərinin ekogeomorfoloji qiymətləndirilməsi (Xram, Zəyəm çayları arası)”  mövzusunda yazdığı dissertasiya işini uğurla müdafiə edib.

Samirə Abuşovaya coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsi haqqında AR Prezidenti yanında AAK  qarşısında vəsatət qaldırılması  barədə  gizli səsvermə yolu ilə qərar qəbul edilib.