1 mart BMM günü Mart 01, 2017 | 12:03 / TƏDBİRLƏR

Akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda 1 Mart Beynəlxalq Mülki Müdafiə Günü qeyd edilib.

İnstitut rəhbəri Beynəlxalq Mülki Müdafiə Gününun hər il dünya ölkələrində keçirildiyini və konkret bir problemə həsr edildiyini diqqətə çatdırıb və bu günün qeyd edilməsinin əhəmiyyəti, İnstitutumuzda bu istiqamətdə aparılan işlərdən söhbət açıb.

Coğrafiya İnstitutunun Mülki müdafiyə qərargahının rəisi Namazəli Mustafayev 1 Mart BMM gününə hazırlıq məqsədilə fevralın 27-də Fövqəladə hallar komissiyasının yığıncağının keçirilməsini diqqətə çatdırıb. Sonra o, "Mülki müdafiənin fəlakətlərə qarşı rolu" mövzusu ilə çıxış edib, iştirakçıları maraqlandıran suallara cavablar verib.