AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Geomorfologiya və təbii risklər şöbəsinin elmi işçisi Samirə Abuşova iyulun 9–dan 11-dək Qərbi Kaspi Universitetində "Cənubi Qafqazda Biomüxtəlifliyin İnteqrasiyalı idarə olunması" proqramı çərçivəsində "Ekosistem xidmətlərinin inkişaf planına daxil edilməsi" mövzusunda təşkil olunmuş təlimlərdə iştirak edərək sertifikat alıb.
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən həyata keçirilən proqram çərçivəsindəki təlimlərdə Qərbi Kaspi Universitetinin ekologiya sahəsi üzrə ixtisaslaşmış müəllim və mütəxəssisləri də iştirak ediblər.
Universitetdə “Ekologiya mühəndisliyi” ixtisası üzrə kadr hazırlığı sahəsi ilə bağlı böyük təcrübəsi olan alman şirkətlərinin iştirakı ilə ən yüksək standartlara cavab verən laboratoriyalar qurulmuşdur.