Xorvatiyalı alim Elmi seminarda sahilyanı sular mövzusunda məruzə edib Okt 17, 2018 | 03:10 / ELMİ İCLASLAR

AMEA Coğrafiya İnstitutu  Elmi seminarının növbəti iclasında Xorvatiyanın Okeanologiya və balıqçılıq İnstitutunun  Okeanın kimyası və çöküntüləri üzrə laboratoriya müdiri, PhD Qrozdan Kuspiliç   “Xəzərin Azərbaycan sahillərində sahilyanı və keçid sularının ayrılması” mövzusunda məruzə ilə çıxış edib.

  Məruzəçi Avropa İttifaqının Su Təşəbbüsü,  Layihəsi çərçivəsində həyata keçirilən  “Sahilyanı və keçid sularının ayrılması”  pilot işi barəsində məlumat verib, bildirib ki, bu layihə Azərbaycanla birgə altı keçmiş sovet respublikasını əhatə edir. Azərbaycanda Layihənin tərəfdaş benefisiar qurumu Ekologiya və Təbii Sərvətlər Nazirliyidir. Qrozdan Kuspiliç məruzəsində Layihədə nəzərdə tutulmuş su laboratoriyalarının vəziyyətinin yaxşılaşdırılması, onların İSO standartlarına uyğun fəaliyyətlərinin davam etdirilməsi, Azərbaycanda çay-hövzə idarəetmə planlarının hazırlanması və bu sahədə potensialın artırılması və s., eləcə də  sahilyanı suların ayrılması, onların vəziyyətinin öyrənilməsi və yaxşılaşdırılması üçün lazım olan tədbirlərin həyata keçirilməsi və s. məsələlərə  aydınlıq gətirib.