Qəşəm Yaqubov - 80 İyn 29, 2018 | 02:06 / YUBİLEYLƏR

Coğrafiya İnstitutu Azərbaycanın torpaq ehtiyatları coğrafiyası şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru  Qəşəm Yaqubovun 80 illik yubileyi qeyd edilib. Bu münasibətlə İnstitut rəhbərliyi tərəfindən Qəşəm müəllimə təbrik məktubu ünvanlanıb: 

 

Əziz Qəşəm Şamil oğlu!

          AMEA akad H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun kollektivi anadan olmanızın 80, elmi-pedaqoji fəaliyyətinizin 55 illiyi münasibətilə təbrik edir, sizə bir daha uzun ömür, can sağlığı və elmi yaradıcılığınızda uğurlar arzulayır. Siz 1957-1962 illərdə indiki BDU tələbəsi olmuş və coğrafiya-biologiya ixtisası üzrə ali təhsil almısınız. 1962-1964-cü illərdə hərbi xidmətinizi başa vurduqdan sonra həmin il Bakı Torpaq Ekspedisiyasında mühəndis torpaqşünas kimi əmək fəaliyyətinə başlamısınız.

         1968-1971-ci ildə AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitututnun aspiranturasında oxumuş, 1975-ci ildə torpaqşünaslıq ixtisası üzrə namizədlik dissertasiyası müdafiə etmiş, 1997-ci ildə baş elmi işçi diplomu almısınız.

         Əziz Qəşəm müəllim 1971-1974-cü ildə “AzDövYerQurLay” İnstitututnda, 1979-1991-ci illərdəkeçmiş SSRİ Dövlət Elmi tədqiqat torpaq sərvətləri institutunda, 1993-1997-ci illərdə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda şöbə müdiri, 1997-ci ildən başlayaraq Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət yer quruluşu layihə İnstitutunda direktor müavini, baş mühəndis vəzifələrində çalışmısınız. Hal-hazırda Coğrafiya İnstitutunun aparıcı şöbələrindən olan Azərbaycanın Torpaq ehtiyatları coğrafiyası şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışırsınız. Torpaqşünaslıq və fiziki coğrafiya elminin nəzəri və praktik məsələlərinin həllində yorulmaq bilmədən elmi fəaliyyətinizi davam etdirirsiniz.

         Bu gündə siz özünüzün çoxillik elmi-təcrübi biliklərinizi müasir elmi yeniliklərlə daima zənginləşdiririsiniz. Milli coğrafiyaçı-torpaqşünas kadrların yetişməsində böyük əməyiniz vardır. Bunlar da sizin bilavasitə milli-elmi dəyərlərimizə göstərdiyiniz böyük diqqətinizin göstəricisidir.

         Hörmətli Qəşəm müəllim! Həqiqətən çoxillik elmi-təcrübi fəaliyyətinizi və 80 illik şərəfli ömür yolunuzun böyük hissəsini coğrafiya və torpaqşünasalıq elmlərinin inkişafına və gənc kadrların hazırlanmasına həsr etmisiniz.

         Həqiqətən bununla fəxr etməyə haqqınız vardır.Sizi bir daha bu tarixi yaddaş günü münasibətilə təbrik edirik, elmi yaradıcılığınızda və  şəxsi həyatınızda uğurlar diləyirik.

 

 

AMEA akad. H.Ə.Əliyev adına

Coğrafiya institutun direktoru                                       akad. R.M.Məmmədov

 

Həmkarlar İttifaqının sədri                                             c.ü.f.d H.T.Haqverdiyev